turklehceleri.org

yığıncaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yığıncaq

is.
1. Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas. Yığıncaqda iştirak etmək. Yığıncaq keçirmək. Yığıncaqda çıxış etmək. – [Mirzağa] çox vaxt ümumi iclaslara, işçi yığıncaqlarına getməzdi. S.Hüseyn. // Həmin iclasın iştirakçıları. Yığıncaq qərar çıxartdı. Yığıncaq təklifi bir səslə qəbul etdi.
2. İzdiham, qələbəlik, camaat. Bir gün nəzmiyyə qabağından keçirdim, gördüm orada bazar əhlindən bir böyük yığıncaq var. C.Məmmədquluzadə.
3. Məclis, qonaqlıq. [Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub-dururlar. M.F.Axundzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yığıncaq

I. iclas, müşavirə
{meclis, kurul}

II. izdiham, camaat, qələbəlik
{izdiham, cemaat, kalabalık}

III. məclis, qonaqlıq
{meclis, misafirlik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

yığıncaq

meclis, toplantı


Last searches: