turklehceleri.org

İraq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

iraq

zərf Uzaq, uzaqda. İraq olmaq. İraq durmaq. – Gül əkdim, şaxta vurdu; Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni; Yardan iraqda vurdu. (Bayatı). Mürği-ruhum getməz səndən irağa. Aşıq Ələsgər. • İraq düşmək – uzaq düşmək, ayrılmaq, uzaqda olmaq. [Bahadır] gördü ki, Sonadan xeyli iraq düşübdür. N.Nərimanov. İraq eləmək – uzaqlaşdırmaq, uzaq eləmək. Çıxardaq məmləkətdən; Ölkədən iraq eyləyək! Aşıq Ələsgər. İraq olmaq – uzaq olmaq, uzaq düşmək. Elə bilsin padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir. Müddətdi gözümdən olubdu iraq; Əridib ürəyim dərdü qəm, fəraq. Aşıq Ələsgər. Gözümdən bir an da iraq olmadın; Mən sənə hər yerdə Vətən deyirəm. S.Rüstəm. // sif. Uzaq. Uzaq ölkələrə, iraq ellərə; Axışan buludlar, axan buludlar! N.Rəfibəyli. // İs. mənasında. Uzaq yer. Yolum oldu iraqlar; Çiynim kəsdi yaraqlar; Ayrılıq məlum oldu; Mən ağlaram, yar ağlar. (Bayatı). İraq, iraq candan, iraq olsun – uzaq olsun, Allah göstərməsin (qorxulu, zərərli, arzuedilməz bir şey, hadisə haqqında deyilir). [Gülsüm xala:] Buy, bu nə sözdür deyirsən, a qadasın aldığım, iraq canından, Allah eləməsin ki, Şirin qiyamətə kimi yatsın.. E.Sultanov. [Səriyyə xala:] İraq candan, [uşaqlar] dilənçiyə oxşayırdılar. M.İbrahimov. [Kiçikxanım:] Allah eləməsin, iraq candan! – deyə onun əlini sıxdı və tələsirmiş kimi ayrılıb getdi. Mir Cəlal.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

iraq

uzaq, aralı, kənar
{uzak, mesafe, uç}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

iraq

ırak

English—Turkish Dictionary (FreeDict, 2017)

iraq /ɪnstˈɑː/

1. Irak. Iraqi Irak'a ait
2. Iraklı
3. Irak Arapçası.


Last searches: