turklehceleri.org

yumşaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yumşaq

sif.
1. Basdıqda, toxunduqda müqavimət etməyən və batıb qalmayan; qatı, sərt olmayan. Yumşaq döşək. Yumşaq yastıq. – Bayram yumşaq kresloda oturub papağını çıxartdı, yaylıqla alnının tərini sildi. M.Hüseyn. Sadıq kişi ayağındakı yumşaq məs, şalvarı dolaqla qıvraq bağlanmış halda oğlunun dalınca gedirdi. Mir Cəlal. // Sümüksüz. Yumşaq ət. • Yumşaq vaqon – oturmaq və yatmaq üçün yumşaq yerləri olan sərnişin vaqonu. Biletlər yumşaq vaqona alınmışdı. M.S.Ordubadi. Qarı daima beş nömrəli yumşaq vaqona minərdi. Ə.Əbülhəsən. // Zərif, sərt olmayan, toxunduqda xoş hiss oyadan. İpək kimi yumşaq. Yumşaq əl. Yumşaq parça. Yumşaq saç. // Hələ quruyub sərtləşməmiş. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. Kəhər hələ kifayət qədər qurumamış yumşaq otu böyründən söküb yeyirdi. M.İbrahimov.
2. Bayat olmayan, təzə. Yumşaq çörək. Yumşaq qoğal.
3. Sıxanda asanlıqla yığıla bilən, basıla bilən, formasını dəyişə bilən, bərk olmayan. Yumşaq mum. Yumşaq palçıq. Yumşaq xəmir. // Asanlıqla işlənilə bilən, istənilən şəklə salına bilən. Yumşaq materiallar. Yumşaq ağac. Bakı daşı çox yumşaq daşdır.
4. Gözü, qulağı oxşayan, ruhu oxşayan, xoşagələn; kəskin olmayan, məlahətli. Yumşaq səs. Musiqinin yumşaq ahəngi. Yumşaq tonlar. – Onun çox yumşaq və mülayim səsi vardı. Ə.Vəliyev. // Mülayim, xoş; nə isti, nə soyuq. Yumşaq hava. Yumşaq iqlim. Yumşaq yel.
5. Xasiyyətcə həlim, mülayim. Yumşaq xasiyyət. Təbiətcə yumşaq adamdır. – [Mustafa bəy:] Nə qədər ki sən bu kəndə gəlməmişdin, camaat bundan yumşaq idi. Ə.Haqverdiyev. [Əsmərin] Təbiəti olduqca yumşaq idi. S.Hüseyn. Ancaq hər ikisinin yumşaq təbiəti onları sabahı günü rast gəldikləri zaman dayanıb söhbət etməyə məcbur etmişdi. S.Rəhman. • Yumşaq danışmaq – mülayim danışmaq, mülayim rəftar etmək, sərtlik göstərməmək. [İbrahim bəy:] A kişi, çəkil kənara, görüm a! Səninlə yumşaq danışdıqca azırsan. Ə.Haqverdiyev.
6. məc. Yüngül, zəif, sərt olmayan. Yumşaq hökm. Yumşaq rəftar. Yumşaq cəza. // məc. Kəskin olmayan; nəzakətli, xoş. Yumşaq ifadə. Yumşaq ton. Yumşaq söz. ‣ Yumşaq su – tərkibində kirəc duzları az olan və sabunu asanlıqla əridən su. yumşaq-yumşaq zərf Xoş dillə, yumşaqlıqla, mülayimcə, üsulluca. Arvad qızını yanına çağırıb ondan yumşaq-yumşaq xəbər almağa başladı: – Ay gözümün nuru, balam, nə olub sənə rəngin belə solmuşdur? (Nağıl).

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yumşaq

I. məlahətli (səs)
{zarif (ses)}

II. həlim, mülayim (xasiyyət)
{sakin, yumuşak (huy)}

III. yüngül, zəif (rəftar)
{hafif, zayıf (tavır)}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

yumşaq

yumuşak


Last searches: