yormaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yormaq
I. f. Yorulmasına səbəb olmaq, taqətdən salmaq, tabsız etmək; üzmək. Atı yormaq. Uşağı çoxlu tapşırıqla yormaq olmaz. Bu iş məni yordu. Yol adamı yorur. – Kinli paşalara meydan oxuyan; Çox köhlənlər yoran qoç Koroğludur. “Koroğlu”. Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdi ki, bir yana aparıb heyvanı yorsunlar. C.Məmmədquluzadə. • Yol yormaq – çox gedib-gəlmək. [Çarvadar:] Ə, bu yolu yorduğun bəs deyil? S.Rəhimov. Özünü yormaq məc. – boş yerə əlləşmək, əbəs çalışmaq. Özünü yorma, bundan heç bir şey çıxmayacaqdır. // Gərgin zəhmət tələb edən bir işdə üstün gəlmək. Nərddə o məni yordu.
II. bax. yozmaq. Günəş də Qəhrəmanın yuxusunu yorurdu. Ə.Vəliyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yormaq
üzmək
{üzmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yormaq
yormak