ötürmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ötürmək
f.
1. Yola salmaq. [Əli:] [Koxa] yola düşəndə heç kim onu ötürməyə çıxmasın. N.Nərimanov. Qalxıb getdikdə [Ceyranı] ötürmək məqsədi ilə dışarı çıxır. S.Hüseyn.
2. Bir-birinə verərək göndərmək. Yazını qabaqdakına ötürmək.
3. Bir şeyi tez, xəlvəti, başqalarına sezdirmədən qoymaq, salmaq, vermək. [Oğlan] qarşı tərəfdən beş nəfər silahlı adamın gəldiyini görür və bombanı cibinə ötürür.. M.S.Ordubadi.
4. Üstündən keçmək, buraxmaq, fikir verməmək, nəzərdən qaçırmaq. Oxuyarkən iki sətir ötürmək. – [Dərviş:] Bir neçə məqamı mən özüm qəsd ilə ötürdüm. A.Divanbəyoğlu. Məclisdəkilər Qənbərovu böyük maraq və diqqətlə dinləyir, onun bir kəlməsini belə ötürmürdülər. Ə.Vəliyev.
5. məc. Acgözlüklə, tez-tez yemək; aşırmaq. Kazım halvadan iri tikələr tutub ötürdükcə gözlərinə işıq gəlirdi. Çəmənzəminli. Sübhanverdizadə kababdan ötürərək birinci butulkanı boşaltdı. S.Rəhimov.
6. Gəlməmək, iştirak etməmək, buraxmaq. Dərsi ötürmək.
7. Qaçırmaq, əldən çıxarmaq, istifadə edə bilməmək, çata bilməmək. Trolleybusu ötürmək. Fürsəti ötürmək. ‣ İçəri ötürmək – bax. içəri. Köksünü ötürmək – bax. köks. ötür-ötür zərf Bir-birinə ötürmə. ‣ Ötür-ötürə salmaq – bir-birinə ötürmək, bir-birinin üstünə atmaq, qəsdən ləngitmək, bu gün-sabaha salmaq. İşi ötürötürə salmaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ötürmək
aparmaq, çatdırmaq, keçirmək, qaçırmaq, buraxmaq
{götürmek, yetiştirmek, geçirmek, kaçırmak, bırakmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ötürmək
çakmak, uğurlamak