yetim
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
yetim
и. ятим (йәтим)
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
yetim
Türkiye Türkçesi: yetim
Azerbaycan Türkçesi: yetim
Başkurt Türkçesi: yätim
Kazak Türkçesi: jetim
Kırgız Türkçesi: cetim
Özbek Türkçesi: yetim
Tatar Türkçesi: yätim
Türkmen Türkçesi: yeterliksiz
Uygur Türkçesi: yetärsiz
Rusça: nedostatoçnıy
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yetim
sif.
1. Atası-anası, yaxud atası və ya anası ölmüş. Yetim uşaq. Atadan yetim qız. – Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət. // İs. mənasında. Yetimə cancan deyən çox olar, çörək verən az. (Ata. sözü). Yetim malına göz dikdiyin nədir daim; Həlal kəsb məgər narəvadır, ey vaiz? S.Ə.Şirvani. Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. C.Cabbarlı. Bu gün isə Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman. • Atadan (anadan) yetim – atası (anası) ölmüş. Bu iki uşaq atadan yetim idi .. və ataları bunlara bir şey qoymamışdı. S.S.Axundov.
2. məc. Fağır, yazıq, aciz, zavallı, miskin mənasında. [Əsgər:] Bircə deyin görüm, mən yetimin təqsiri nədir? N.Vəzirov. Bu gün görürdüm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, .. məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər. C.Məmmədquluzadə. İndi bəlkə mən yetimin də günü ağardı, – deyə, Səməd pıçıldadı. İ.Hüseynov. ‣ Yetim segah – Azərbaycan muğamlarından birinin adı. Fışqırıq çala-çala, dodaqaltı yetim segah oxuya-oxuya malı sahmanladı. Mir Cəlal. Yetimlər evi köhn. – bax. yetimxana.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yetim
öksüz, yetim
Uzbek—English Dictionary (Dirks, 2005)
yetim
(Persian) orphan; a child who has lost his father or mother. ~ haqi inheritance. tirik ~ virtual orphan, abandoned child. chin ~ (complete) orphan. ~ qovurg'a floating ribs. yerga tushgan ~niki finders- keepers, losersweepers. ~ tobulg'i (bot.) spiraea.