yazıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yazıq
I. sif. Dinc, sakit, fağır, aciz. Yazıq adam. – Yazıq Ələsgəri oda salıbdı; Fələk gözdən salıb, o da salıbdı. Aşıq Ələsgər. Gah müdirin acıqlı qaşqabağı; O sayaq qorxudub yazıq uşağı.. A.Səhhət. Vəzirov yenə də aciz və yazıq bir görkəm alıb, boynunu yana sarı əydi. M.Hüseyn. // İs. mənasında. [Əkinçi] Xanı görcək yazıq baş endirdi; Gör onu xan nə gunə dindirdi. S.Ə.Şirvani. Yazıqlar çəkildi bir az uzağa; Dözməzdi Ayişə bu ağır dağa. H.K.Sanılı. // Acınacaqlı, zavallı, bədbəxt. Etmək olmaz səni agah könül halından; Yazıq ol kim, sənə könlün verə səndən qafil. Füzuli. [Tanrıverdi:] Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, – dedi. A.Şaiq. [Musa kişi:] Arvad, .. bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar. M.İbrahimov. • Yazığı gəlmək – rəhmi gəlmək, mərhəmət etmək, halına acımaq, heyfi gəlmək. Mənim ona yazığım gəlir. – ..Balaca quşcuğazlara yazığın gələrsə, analarını buraxarsan.. S.S.Axundov. // İntonasiyadan asılı olaraq bəzən kinayə, etinasızlıq, istehza məqamında işlənir. Ay yazıq! – [Bəhram:] Bax, mənə nə deyir, yazıq! Sən nə ətsən, nə də balıq. A.Şaiq.
II. sif. məh. Yumurtladığı yerini yadırğamış, yayınmış. Yazıq toyuqdan yumurta umma.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yazıq
I. dinc, sakit, fagır, aciz, zəlil, məzlum, dilsiz, agılsız
{huzurlu, sakin, fakir, aciz, güçsüz, uyumlu, sessiz, akılsız}
II. bedbəxt, acınacaqlı, zavallı
{talihsiz, fakir, zavallı}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yazıq
yazık