turklehceleri.org

yaranmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yaranmaq

I. f.
1. Əmələ gəlmək, meydana gəlmək, doğulmaq, törəmək. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. Bilirsən ki, mən gözələm, dastanlara düşmüş adım; Yarandığım gündən bəri bağlanmamış qol-qanadım. S.Vurğun. [Ovçu:] Qızım, – dedi, – ürəyiniz yuxa olur, bilirəm, amma [quşlar] bizim üçün yaranmışdır. Mir Cəlal.
2. Təsis edilmək, təşkil olunmaq; yaradılmaq. Əlaqə yaranmaq. Aralarında dostluq münasibəti yaranmışdır. – Tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı. İ.Əfəndiyev.

II. f. Birini xoşnud etmək üçün öz hərəkətlərini onun xeyrinə, tələbinə uyğunlaşdırmağa çalışmaq, yaltaqlanmaq. Yaxın qohumlarını, gələcəkdə böyük sərvətə malik olası bacılara yarananlar və yaltaqlıq edənlər hər tərəfdən bacıların qollarından tutub, onları saxlamaq istəyirdilərsə də, fayda vermirdi. Ə.Haqverdiyev. [Yasavul:] Doğrudur, tüfəng bu dünya üzündə igidin birinci yaraşığıdır, – deyə Məstəli bəyə yaranmağa başladı. S.Rəhimov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yaranmaq

doğulmaq, törəmək
{doğmak, türemek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

yaranmaq

oluşmak


Last searches: