turklehceleri.org

xəttihərəkət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xətti-hərəkət

is. [ər.]
1. köhn. Döyüşü hazırlama və aparma sənəti, döyüş üsulları; taktika. Düşmənin xətti-hərəkəti. – [Nizami:] Biz, Fəxrəddinin göstərdiyi xəttihərəkətlə irəli getsək, fars və ərəb cahangirlərinin keçmişdə və bundan sonra aparacaqları xətti-hərəkətə kömək vermiş olacağıq. M.S.Ordubadi.
2. məc. İctimai və siyasi mübarizə üsul və vasitələrinin məcmusu. // Hər hansı məqsədə çatmaq üçün tətbiq edilən üsul və vasitələr, tədbirlər. Salman, “siyasi məsələlər həll olunmasa, maarif məsələsi həll oluna bilməz”, – deyə qəti bir xətti-hərəkət yürüdürdü. Çəmənzəminli. Darülfünun eşiyində və içərisində daima tələbələr dəstədəstə toplaşıb, vermiş olduqları tələbləri, maarif nəzarətinin və darülfünunun müdiriyyətinin xətti-hərəkəti ətrafında müzakirə edirlərdi. T.Ş.Simurq.


Last searches: