xəsislik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xəsislik
is. Simiclik, xəsis adamın xasiyyəti. Hacı Bakıda bir məşhur kişi idi. İstər dövlətdə, istər xəsislikdə. Ə.Haqverdiyev. • Xəsislik eləmək, xəsislik göstərmək – simiclik eləmək, qıymamaq, əsirgəmək. Əmim xəsislik elədi, [oğlunu] oxutmadı. M.Hüseyn. [Çərkəz:] ..Gətir [narı] sıxaq soğanın üstünə. Gətir, xəsislik eləmə. Bir çürük narı Bakıdan gələn qonağa qıymırsan? İ.Məlikzadə.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
xəsislik
simiclik, dargözlük, acgözlük, tamahkarlıq, zıqqılıq
{cimrilik, harislik, açgözlülük, tamahkârlık, çıkarcılık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
xəsislik
cimrilik