turklehceleri.org

Fəsil

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

fəsil

is. [ər.]
1. İlin bölündüyü dörd mövsümdən hər biri; mövsüm. Qış fəsli. – Hər fəsildə üç ay var; Üç ulduz var, üç ay var. (Bayatı). Hər ilin dörd fəsli var və hər fəslin də öz təğazası var. C.Məmmədquluzadə. // İlin çoxlu meyvə yetişən, bitkilərin çoxlu çiçək açan dövrü. Meyvə fəsli. – Fəsligüldür, aləm içrə novbahar olmuş, könül! Ə.Nəzmi. Çiçək fəsli deyil indi! Barıt vardır havalarda. S.Vurğun.
2. Kitabın, məqalənin, sənədin və s.-nin nömrə və ya ayrıca sərlövhə ilə işarələnən hissəsi. Əsərin ikinci fəsli. Birinci fəsli ixtisar etmək. – Bəzən nöqsan da olur; Sevimli bir romanın; Gözəl fəsillərində. İ.Səfərli.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

fəsil

fasıl, mevsim


Last searches: