xülya
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xülya
[ər.] Xəyal, xəyalət, xamxəyal, fantaziya. Birdən lap qulağının dibində eşidilən qəfil bir qışqırıq Qadiri bu xülyalarından ayırdı. Ə.Əbülhəsən. Haman bu Yalınçaq bəy də Baniçiçəyi almaq xülyasına düşmüşdü. M.Rzaquluzadə. Həmid bu məsud şirin xülyalara o qədər dalır ki, balaca Müslümün başını onun dizinə qoyaraq, yuxuladığını hiss etməyir. Ə.Məmmədxanlı.