xortdan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xortdan
is. Guya gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud. Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar! C.Məmmədquluzadə. [Əsəd:] Bir adama deməyiniz, qəbiristanda xortdan var... B.Talıblı. // məc. Görünüşcə qorxunc, insanı dəhşətə salan adam haqqında. Xortdandı, çoxandı, qoyma, gəldi! Kirdarı yamandı, qoyma, gəldi! M.Ə.Sabir.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
xortdan
hortlak