turklehceleri.org

xatirə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xatirə

is.
1. İnsanın yadında, hafizəsində qoruyub saxladığı hər hansı bir hadisə, iş və s., keçmişdə olmuş hər hansı bir hadisəni, işi və s.-ni xatırladan şey. Kənd həyatında təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır. A.Şaiq. • Xatirədən silinmək – unudulmaq, yaddan çıxmaq. Xatirədən silmək – unutmaq, zehnindən çıxarmaq, həmişəlik olaraq yaddan çıxarmaq.
2. Bir adam və ya hadisə haqqında yadda qalan şey. Nə isə, Məsmənin yeganə, əziz oğlu haqqında şirin xatirələri tükənməz idi. Mir Cəlal. Qızdan yalnız xoş bir xatirə qalmışdı. S.Vəliyev. // Bir şeydən xatirə qalan, onu xatırladan hadisə və s. haqqında. Bu kitab atamdan qalma xatirədir.
3. Cəm şəklində: xatirələr – bax. xatirat. Ədəbi xatirələr. “Xatirələr”ini çap etdirmək.
4. Yadigar mənasında. Səndən mənə bir ömürlük xatirə; Məndən sənə nə qalacaq, nə bilim? M.Araz. // Yaddaş üçün olan. Bu dəftər, anladığımıza görə, ya müşahidə və xatirə və yainki bir səyahət dəftəri olmalı idi. T.Ş.Simurq. Quşqonmazın başında; Bir qayanın qaşında; Üstü zərlə yazılmış; Xatirə lövhəsi var. H.Abbaszadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

xatirə

I. yadigar
{yadigar}

II. hafizə, yaddaş
{hafıza, yâd}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

xatirə

andaç, anı, hatıra


Last searches: