müştaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
müştaq
sif. [ər.] şair. Candan istəyən, həsrətində olduğu bir şeyə can atan, arzusunda olan. Onun üçün göz kəsmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. Ələsgər müştaqdır xəttü-xalına; Məleykə şəklinə, mah cəmalına. Aşıq Ələsgər. Ey mənim dostum, gərək sən heç şübhə etməyəsən ki, mən sənintək vücudları görməyə müştaqəm. C.Məmmədquluzadə. • Müştaq olmaq – candan istəmək, arzu etmək, ürəkdən bağlanmaq, həsrətində olmaq. Bəlli Əhməd Koroğlunun sədasını eşidib ona müştaq olmuşdu. “Koroğlu”. Didarına müştaq olan əhli-beyt; Yüzün görüb şadü-xürrəm olubdur. Q.Zakir.