xanəndə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xanəndə
is. [fars.] Toylarda, məclislərdə, konsertlərdə və s.-də oxuyan peşəkar müğənni. Bir tərəfdə tarzən və xanəndə oturub, musiqi çalınır. Ü.Hacıbəyov. Qızışan xanəndə qavalını hərləyir, tarçı tarını kökləyir, kamançaçı simləri düzəldir, nəğməney səsi göy qayalardan əks-səda verirdi. S.Rəhimov. ..Qarabağ şikəstəsi deyən cavan xanəndənin mahnısı dəniz üzərindən yüksələrək, ta uzaqlara qədər işləyirdi. M.Hüseyn.