xak
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xak
is. [fars.] klas. Torpaq. Kimin yolu düşsə xaki-dərinə; Ox vurar köksünə məlhəm yerinə. Q.Zakir. Kəsilib bir yana atılmışdır; Xakinə abi-qəm qatılmışdır. A.Səhhət. Dostun qədəmində bir ovuc xakam; Dost alsın canımı xoş sifətinən. Aşıq Hüseyn. ‣ Xak ilə yeksan olmaq – bax. yerlə yeksan olmaq (“yer”də). Dünyada qalınca zində bir an sənsiz; Ey kaş, olam xak ilə yeksan sənsiz. S.Ə.Şirvani. Bir deyən olmadı, ey xanəxarab; Məmləkət xak ilə yeksan oldu! M.Ə.Sabir.