kəsif
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kəsif
sif. [ər.]
1. Qalın, qəliz, qatı, qeyrişəffaf, tutqun. Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Ətrafı kəsif bir duman bürüdü. H.Nəzərli.
2. Ağır, boğuq, nəfəsi çətinləşdirən; ağır və pis qoxuyan; kəsafətli. Firidun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. M.İbrahimov. Adamların burnunu və boğazını acışdıran kəsif çürüntü iyi ətrafı bürümüşdü. P.Makulu. [Xəlil Mirzə] maxorka tüstüsündən və kəsif havadan bir dəqiqə də olsun çimir eləyə bilmədi. Q.İlkin.
3. Natəmiz, pinti.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
kəsif
yoğun