vurhavur
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
vurhavur
1. is. Dava, vuruşma, dalaşma, qarmaqarışıqlıq, səs-küy, qalmaqal. Kazım gülərək dedi: – Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq. Çəmənzəminli. Açıldı bayraqlar, çalında boru; Fələk görməmişdi bu vurhavuru. Ə.Cavad.
2. zərf Fəaliyyətlə, cəhdlə, durmadan, qızğın surətdə. Çörəkxanadakılar vurhavur işləyir, su tökür, xəmir yoğurur, kürəyə od qoyurdular. Mir Cəlal.
3. is. dan. Təntənə, dəbdəbə, calal mənasında. Qızı vurhavurla (z.) köçürdülər.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
vurhavur
dava, səs-küy, qalmaqal
{kavga, gürültü, patırtı}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
vurhavur
sıklık, sürekli, takırtı