vasitə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
vasitə
is. [ər.]
1. Bir şeyi əldə etmək, yaxud bir işi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alət və s. İstehsal vasitələri. Nəqliyyat vasitələri. Müdafiə vasitələri. Texniki vasitələr. Dil insanların ünsiyyət vasitəsidir. – Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Ə.Haqverdiyev. • Bu vasitə ilə – bu yol ilə, bu üsul ilə, bu qayda ilə. Molla Xəlil axırda bu fikrə gəlmişdi ki, müəllimlə dost olsun. Bu vasitə ilə onu özü üçün zərərsiz bir hala sala bilərdi. S.Hüseyn.
2. Müalicə və səhiyyə üçün lazım olan şeylər, maddələr; dərman. Sarğı vasitələri. Dezinfeksiya vasitələri.
3. İki şəxs və ya tərəf arasında əlaqə düzəldən və ya vasitəçi olan adam; miyançı. [Gülsəba:] Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola. M.F.Axundzadə. vasitəsilə zərf Bir adamın, yaxud bir şeyin köməyi ilə; hər hansı bir üsul ilə; ...təriqi ilə, ...yolu ilə. Məsələni müzakirə vasitəsilə həll etmək. Telefon vasitəsilə əlaqə saxlamaq. – Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə yazıb, hansı gün çıxmalarını atasına məlum etmişdi. S.S.Axundov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
vasitə
I. üsul, yol
{yöntem, yol}
II. dərman
{derman}
III. miyançı
{aracı}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
vasitə
araç, vasıta