layiqincə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
layiqincə
zərf Lazım olduğu kimi, necə lazımsa, münasib şəkildə; ləyaqətlə, layiqli. Layiqincə qulluq etmək. Layiqincə qarşılamaq. – Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. “Aşıq Qərib”. Molla Tanrıverdi də arvadı ilə amadə oldular ki, əziz qonağı layiqincə qəbul etsinlər. E.Sultanov. // Lazımi qaydada, tələb olunduğu kimi, istənilən kimi. Heç bir işimiz rövnəq tapmayıbdır, layiqincə nizam və qaydaya düşməyibdir. F.Köçərli. // Lazımi kimi; yaxşı. Telli eşidirdi, fəqət səs aydın gəlmədiyindən layiqincə anlamayırdı. S.Hüseyn.