turklehceleri.org

uçuq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

uçuq

I.
1. sif. Uçulmuş halda olan, yıxıq. Uçuq dam. Uçuq pəncərə. – Hamamın alçaq və uçuq divarları böyük günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanırdı. Çəmənzəminli. Yolçu .. qarşısına çıxan ilk uçuq daxmalardan birisinə girdi. Ə.Məmmədxanlı.
2. is. Uçulmuş binanın və s.-nin qalıqları, uçulmuş yer; xarabalıq. Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külüng uçuqları [zəlzələdən uçmuş evləri] qazmağa başladılar. S.S.Axundov. Bu arada olan ev nişangahları və bu uçuqlar içindən qalxan palıd ağacları çox uzaqları xatırladırdı. S.Rəhimov.

II. is. Qızdırmadan və ya başqa səbəbdən dodaqda çıxan qabarcıq(lar). Dodağına uçuq çıxmaq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

uçuq

I. xaraba, viranə
{harabe, virane}

II. suluq, qabar
{suluk, kabarıklık}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

uçuq

uçuk, yıkık


Last searches: