turklehceleri.org

təəccüb

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

təəccüb

is. [ər.]
1. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz şeydən doğan güclü təəssürat nəticəsində insanda əmələ gələn hal; heyrət. Asəf onları heyrət və təəccüb içərisində Altun qəsrdən çıxardı. M.S.Ordubadi. [Nuriyyə:] ..Muradın baxışlarındakı təəccübü hiss edərək daha ciddi bir görkəm aldım. İ.Əfəndiyev. • Təəccüb etmək (eləmək) – təəccüblənmək, heyrətlənmək. Mənə can vermədə minlərcə polad zərbəçilər; Gördüyüm işlərə düşmən də təəccüb eylər. M.Müşfiq. Belə ağır bir mərasimdə, belə ağır fəlakət müqabilində ananın dözümünə çoxları təəccüb edirdi. Mir Cəlal.
2. Əcaib, qəribə, təəccüblü, heyrət doğuran. Təəccüb şeydir... – [Harun:] Cürətin, Zeyda, təəccübdür sənin. Ü.Hacıbəyov.
3. Təəccüblə şəklində zərf – təəccüblü nəzərlə, heyrətlə. Bu çəkməli kimdir belə? – deyə bəy təəccüblə soruşur. S.Rəhimov. Arvad təəccüblə Teymura baxıb tələsik cavab verdi. H.Seyidbəyli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

təəccüb

heyrət, heyran, qiyamət
{hayret, şaşkınlık, dehşet}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

təəccüb

taaccüp


Last searches: