tədbir
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tədbir
is. [ər.]
1. Bir işi görmək, həyata keçirmək üçün üsul(lar), vasitə(lər), yol(lar). Məhsuldarlığı artırmaq tədbirləri. Ərzaq problemini həll etmək üçün tədbirlər. Kütləvi tədbirlər. • Tədbir tökmək (görmək) – bir şeyi əldə etmək üçün fikirləşib yollar aramaq, yol tapmaq. [Əsgər Süleymana:] İndi, aşna, bir iş də var, hərgah ona da bir tədbir töksən, onda bilərəm ki, başdan-ayağa qədər ağıllısan. Ü.Hacıbəyov. // məc. Bir şeyi əldə etmək üçün düşünülən yol, vasitə, üsul; hiylə. Dəlini zəncirlə yox, tədbirlə tutarlar. (Ata. sözü). • Tədbir etmək – qərarlaşmaq, qərara gəlmək. [Səfər:] Divan tədbir edib sizi tutmağa; Meydanı qızdırıb at oynatmağa. H.K.Sanılı.
2. Təhlükədən qorunmaq üçün görülən hazırlıq. Qripə qarşı mübarizə tədbirləri.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tədbir
ehtiyat, ölçü
{dikkat, ölçü}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tədbir
önlem, tedbir