təyin
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
təyin
is. [ər.]
1. Müəyyən etmə, aydınlaşdırma. Zeynal şaşırdı. Nə [edəcəyini] təyindən aciz kimi idi. S.Hüseyn. • Təyin etmək (eləmək) – 1) müəyyən etmək, müəyyənləşdirmək, aydınlaşdırmaq, qərarlaşdırmaq. İndi Minayəyə hər şey aydındı, Mahmud onunla görüş təyin edirdi. M.Hüseyn; 2) hər hansı bir vəzifəyə, işə qoymaq, müəyyən iş, vəzifə tapşırmaq. İdarəmizə yeni müdir təyin etdilər. – Mühəndis Sultanov isə cavan oğlanın dülgərlik məharətini görərək [Fərmanı] dülgər təyin etdi. Ə.Sadıq.
2. qram. Cümlədə isimlə ifadə olunan üzvlərin əlamətini; (necəliyini) bildirən və “necə”, “nə cür”, “hansı” suallarından birinə cavab olan ikincidərəcəli cümlə üzvü. ‣ Təyini-müqəddərat – öz müqəddəratını özü təyin etmə, özü istədiyi kimi həll etmə.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tə’yin
tə’rif, izah, müəyyənləşdirmə
{tarif, izah, açıklama}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
təyin
atama, tayin