turklehceleri.org

tərtib

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tərtib

is. [ər.]
1. Ayrı-ayrı hissələri, şeyləri seçib birləşdirərək tam bir şey əmələ gətirmə, düzəltmə, yaratma. Dərsliyin tərtibi. Smeta tərtibi. Lüğət tərtibi. – İş məntəqələri, zavodlar, sexlər, emalatxanalar öz planlarını gözdən keçirir, yeni planlar tərtib edirdilər. Ə.Sadıq.
2. Təşkil, təşkil etmə, yaratma, düzəltmə (qrup, kollektiv). Bir neçə adamdan ibarət xor tərtib etmək. Yeni hökumət tərtib etmək. // Hazırlamaq, düzəltmək. Böyük bir ziyafət tərtib etdilər.
3. bax. tərtibat 1-ci mənada.
4. Səliqə, səliqə-sahman, qayda, üsul, nizam. [Muzdur] ..ağ pal-paltarı öz tərtib və səliqəsilə bir-birinin üstünə [yığdı]. S.M.Qənizadə. • Tərtibə salmaq – qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq. İzin olsa, məhəbbətlə deyərdim sənə, saqi! Sal məclisi tərtibə səbəbkar gəlincə. Ə.Vahid.
5. Yazma, inşa. • Tərtib etmək – yazmaq, inşa etmək. Nemətullayev hər haqq-hesabı düzgün saxladığından nəticədə təftiş komissiyası gözəl bir akt tərtib edər və burada Nemətullayevin mükafatlanmasını irəliyə sürərdi. S.Rəhimov.
6. mətb. Çap üçün mətbəə şriftlərinin bir yerə gətirilərək düzülməsi, yığılması, mürəttib işi; mürəttiblik.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

tərtib

I. düzmə, qurma, quraşdırma
{düzme, kurma, düzenleme}

II. düzülüş, səliqə, sahman
{düzülüş, nizam, kaide}

III. üsul, nizam, qayda, tərz
{usul, nizam, kaide, tarz}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tərtib

düzen, tertip


Last searches: