turklehceleri.org

tərbiyə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tərbiyə

is. [ər.]
1. Təhsil verməklə, hər hansı adət, ədəb və davranış qaydaları və s. aşılamaqla yetişdirib böyütmə. ..Əhməd bir daha evlənməyi özünə artıq bilib, daim [Rəfiqənin] tərbiyəsilə özü məşğul olardı. İ.Musabəyov.
2. İnsanın, ümumi inkişaf, sistematik təsir və təlim nəticəsində biliyə, mədəni vərdişlərə və s.-yə yiyələnməsi; gözəl əxlaq. Gənclərin tərbiyəsilə yaxından məşğul olmaq lazım gəlirdi. Ə.Sadıq. Bəzən cavanların tərbiyəsi ilə də məşğul olmaq lazım gəlir. H.Seyidbəyli. • Tərbiyə vermək (etmək) – bax. tərbiyələndirmək. Mirzə qazandığı pul ilə dolanıb, oğlanlarına da tərbiyə verirdi. Ə.Haqverdiyev. Qəhrəman yaxşı dərk edirdi ki, övlad yetişdirib tərbiyə etmək ağır dağı çiyinə qaldırmaq deməkdir. S.Rəhimov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

tərbiyə

edəb
{edep}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tərbiyə

eğitim, terbiye


Last searches: