Həzm
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
həzm
is. [ər.] Yeyilən şeyin həzm cihazında həll olunması. Həzm prosesi. – Qidanın çeynənməsi, müxtəlif şirələr təsiri altında onun dəyişilərək həll oluna biləcək hala düşməsi həzm adlanır. “Zoologiya” • Həzm cihazı – yeyilən şeyi həll edən bədən üzvləri (ağız boşluğu, qida borusu, mədə və bağırsaqlar). Həzm etmək – mədədə həll etmək (yemək haqqında). Yediyini həzm edə bilmir. Həzm olmaq – mədədə həll olmaq (yemək haqqında). ..Xörək həzm olmaqdan ötrü, yəni əriyib bağırsaqlardan keçib bədənə daxil olmaqdan ötrü su lazımdır. H.Zərdabi. ‣ Həzm etmək – 1) dözmək, udmaq, qəbul etmək. Adam hər sözü həzm edə bilmir. – ..Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törənmişdi. M.S.Ordubadi; 2) başa düşmək, dərk etmək, ağlına sıxışdırmaq. Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi. Ə.Məmmədxanlı. Həzmi-rabedən keçirmək zar. – 1) yemək, udmaq. Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzmirabedən keçirən dövlətlilər və mollalar idi. H.Sarabski; 2) məc. mənimsəmək, boğazından ötürmək, sahiblənmək, özünə mal etmək. [Musa bəy] dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi. Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
həzm
I. əritmə, üyütmə
{eritme, hazmetme}
II. mənimsəmə, qavrama
{benimseme, kavrama}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
həzm
hazım, sindirim