turklehceleri.org

tənbəl

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tənbəl

is. və sif. Tənbəllik edən; işdən, zəhmətdən qaçan; işləməyi, zəhməti sevməyən (adam). Tənbəl adam. Tənbəl uşaq. – İşdən ötrü ki getmədi tənbəl; İşinin axırı olar əngəl. A.Səhhət. Mədəd “tənbəl” sözünü deyəndə Güldanəyə elə gəldi ki, onu ilan çaldı. Ə.Vəliyev. // İşdə ağır tərpənən, ağır yeriyən, ağır hərəkət edən. Tənbəl heyvan. ‣ Bağdad tənbəli, tənbəli-Bağdad – çox tənbəl, heç bir iş görmək istəməyən, işləməklə arası olmayan adam haqqında. Olmuşuq misli-tənbəli-Bağdad; Edirik cümlə bəxt əlindən dad. S.Ə.Şirvani. tənbəl-tənbəl zərf Tənbəlcəsinə, həvəssiz, könülsüz. Həyətdə Cəfər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli. ..Tox inəklər quyruqlarını bulaya-bulaya tənbəl-tənbəl yeriyirdilər. İ.Hüseynov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

tənbəl

ərincək, avara
{üşengeç, serseri}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tənbəl

aylak, tembel, uyuşuk, üşenmek


Last searches: