tək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tək
I.
1. say. Təkcə, bircə, bir, ancaq bir, yeganə. İki bacının tək qardaşı. Tək övlad. – Bütün evin lampaları kimi, bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Ə.Əbülhəsən. • Tək ədəd riyaz. – qalıqsız ikiyə bölünməyən ədəd (cüt əksi).
2. sif. Qoşa bədən üzvlərindən hər biri (əsasən o biri üzv şikəst olduqda işlənilir). Xosrovun tək gözü təlaş içində parıldayır, o, qardaşı Sultanı arzulayırdı. S.Rəhimov. Xanmuradov məmnun halda tək əlini [Rəhimin] çiyninə qoydu. Ə.Sadıq.
3. sif. və zərf Köməksiz, arxasız, yalnız, yalqız. [Hüseyn:] O məni qoymadı döyüşlərdə tək; Dalımca yönəldi o böyük ürək. M.Rahim. [Səməndər] Nərgizi selə-suya tək buraxmaq istəmirdi. B.Bayramov.
4. zərf və sif. Ancaq, yalnız, yalqız, təkcə, başqaları olmadan, təkbaşına. Tək qalmaq. – Gülpəri yaxşı bilirdi ki, .. Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır. S.S.Axundov. Poladzadə kabinetində tək oturmuşdu. Ə.Vəliyev.
5. “Ancaq”, “yalnız”, “təkcə” mənasında. Ölən-qalanın dərdinə qalan həkimin nəinki tək bu kənd üçün, hətta bütün Qubadlı nahiyəsi üçün bir sehr olduğu da təəccüblü deyildi. S.Rəhimov. [Müəllim] tək uşaqlara savad öyrətməklə kifayətlənmirdi. S.Qədirzadə.
6. Bənzərlik, oxşarlıq bildirir: ...kimi. Onuntək. Sənintək. – Qəm-qüssəm başımdan aşıb; Məntək dərdə qalan yoxdu. “Koroğlu”. [Xurşid:] Könlümdəki yaram da; Qızılgültək açıldı. Ü.Hacıbəyov. ‣ Tək əldən səs çıxmaz – bir adam işin öhdəsindən gələ bilməz, tək adam heç bir şey edə bilməz. [Məcid əfəndi Musaya:] İş çox deyil, fəqət tək əldən səs çıxmaz. H.Cavid. Tək günü – salı, çərşənbə axşamı. Çərşənbə, şənbə və tək günü qəbiristana və hamama getmək olmaz. C.Məmmədquluzadə. Üç cüt bir tək – çox az şey haqqında.
II. is. Dib. Mən cəhənnəmə daxil olanda haman quyunun təkindən “vay, dədəm vay” naləsi eşitdim. Ə.Haqverdiyev. Divar kimi dik təpədən göz işlədikcə baxırsan, dərənin təki görünmür. Mir Cəlal. // Dərinlik, alt. Torpağımın təkində nələr, nələr yox idi; Muğanımda, Milimdə nə xəzinələr yox idi. R.Rza. Yerin təkində bəzi mədənlər bir-birindən ayrı halda yerləşmir. M.Qaşqay.
III. Cümlədə adətən feildən sonra gələrək, haqqında danışılan işin dərhal baş verdiyini bildirir: ...kimi. O, gələn tək sakitlik düşdü. – [Xortdan:] Yay qurtaran tək .. taxılı döydürüb, satıb .. qumar borclarına veriblər. Ə.Haqverdiyev. Yuvasından qara böcək; Çölə çıxdı yaz gələn tək. M.Dilbazi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tək
I. bir, vahid
{bir, vahit}
II. yeganə, bircə
{yegâne, bir}
III. kimi, qədər (qoşma)
{gibi, kadar (koşma)}
IV. yalqız, kimsəsiz
{yalnız, kimsesiz}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tək
eşsiz, tek, teklik