turklehceleri.org

Cuş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

cuş

is. [fars.] Coşma, qaynama; qələyan, həyəcan. • Cuş eyləmək – coşmaq, qələyana gəlmək, qaynamaq, cuşa gəlmək, qızışmaq. [Harun:] Eşqimiz cuş eyləyib artmaqdadır gündən-günə. Ü.Hacıbəyov. Cuşa gəlmək – coşmaq, qızışmaq, vəcdə gəlmək, şövqə gəlmək. Tahir ..daha da cuşa gəlib, sazın tellərini lap ürəkdən ehtizaza gətirirdi. M.Hüseyn. [Aşıq:] Sinəm cuşa gəldi, mən sazı alıb “Xoş gəlib” rədifli sözümü ovşarı havası ilə oxudum. A.Şəmşir. ‣ Cuşa gətirmək – ruhlandırmaq, canlandırmaq, vəcdə gətirmək, şövqləndirmək. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən (f.sif.) bir məqamat bərpa etmiş idi. Ə.Haqverdiyev. Qanı cuşa gəlmək – bax qan qaynamaq (“qan”da). Zeynal oğlunu görcək qanı bədənində cuşa gəldi. Çəmənzəminli.


Last searches: