tündləşmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tündləşmək
f.
1. Rəngi tünd olmaq; tutqunlaşmaq, qəlizləşmək. Abışın rəngi tündləşdi. B.Bayramov.
2. Kəsifləşmək, qəlizləşmək, qatılaşmaq, kəskinləşmək, artmaq. Havada tündləşir barıt qoxusu; Berlinin üstündə ölüm yuxusu. S.Vurğun.
3. məc. Hirslənmək, qəzəblənmək, acıqlanmaq, qızmaq, qızışmaq. Yeri gələndə tündləşən (f.sif.) qocanın xasiyyətinə Qəhrəman yaxşı bələd idi. S.Rəhimov. İsi dayı Səməndərin tündləşdiyini görüb, araya sülh qoymağa çalışdı. B.Bayramov.
4. məc. Güclənmək, şiddətlənmək, gücü, şiddəti daha da artmaq. Elə bil hava istiləşib bürkü tündləşdikcə milçək artırdı. Ə.Əbülhəsən.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tündləşmək
I. sərtləşmək, kobudlaşmaq, tutqunlaşmaq, ciddiləşmək
{sertleşmek, nezaketsizleşmek kabalaşmak, ciddileşmek}
II. hirslənmək, qeyzlənmək, əsəbileşmek
{hırslanmak, kinlenmek, asabileşmek}
III. acılaşmaq
{acı hale gelmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tündləşmək
koyulaşmak