turklehceleri.org

tüfeyli

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tüfeyli

is. [ər.]
1. biol. Başqa orqanizmin üzərində və ya içində yaşayıb onun hesabına qidalanan bitki; parazit. Bit camışın xüsusi tüfeylisidir. A.Ağabəyli. // Sif. mənasında. Tüfeyli bitkilər.
2. məc. Başqasının zəhməti hesabına yaşayan adam; müftəxor, parazit. Cəfər irəli yüyürüb tapançanı xozeyindən almaq, böhtan danışan və yalan şayiə yayan bu tüfeylini camaat içərisində ifşa etmək istədikdə tapança açıldı. Ə.Vəliyev. Beləliklə, Rüstəm bəyi əhatə edənlər ..cəmiyyətin tüfeyliləridir. Ə.Sultanlı. // Sif. mənasında. Tüfeyli siniflərin ləğv edilməsi. Tüfeyli həyat.
3. dan. Söyüş kimi işlədilir. Tüfeylinin biri.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tüfeyli

asalak, tufeyli


Last searches: