ağıçı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ağıçı
is. Köhnə məişətdə: ağlaşma zamanı ağı söyləyən, ölünü oxşayıb ağlayan qadın. [Şirin:] Nurcahan, .. əvvəl ki sən ağıçı idin, balam, sonra bu mərsiyəxanlıq nə idi? N.Vəzirov. Ağıçının gözəl səsi və nisgilli ağısı adamı mütəəssir edirdi. Çəmənzəminli. // Ağıya aid olan (bax. ağı2 ). Ədəbiyyat iki qisimdir. Bir qismi ağızda söylənən nəql, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıçı sözlərindən, bayatılardan ibarətdir. F.Köçərli.