tikan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tikan
is.
1. Dəvətikanının, qızılgülün və bəzi başqa bitkilərin iynə kimi itiuclu hissəsi. Ayağına tikan batmaq. Nar ağacının tikanı. – Evi süpürəndə süpürgənin tikanı.. düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə. C.Məmmədquluzadə. // Tikanlı kol, dəvətikanı. Çəpərlərdən çıxan tikan kolları oynayaoynaya gəlib yol çuxurlarında bənd alır. Mir Cəlal. Bu yerin on-on iki addımlığında iri bir tikan tayası var idi. M.Rzaquluzadə. // Bir şeyin iti ucu, batan tərəfi. Məftilin tikanı.
2. Bəzi heyvanların bədənini örtən iynələrdən hər biri. Kirpinin tikanı.
3. bax. tıx. Balığın tikanı. ‣ Tikan olub gözünə batmaq – görmək istəmədiyi, zəhləsi getdiyi bir şey, ya adam daima gözü qabağında olmaq. [Ələmdar:] Ancaq düzü, bu Nikolay poqonları mənim gözümə tikan olub batır, bəy! S.Rəhimov. Tikan üstündə oturan kimi – çox narahat halda, nigarançılıq içində, iztirab çəkə-çəkə. Tikan üstündə oturmaq – çox narahat olmaq, nigarançılıq çəkmək, iztirab içində olmaq. (Ürəyindən) tikan çıxarmaq – qisasını almaq, əvəzini çıxmaq, ürəyini soyutmaq. [Şirəli:] Sağ ol, bala! Hamımızın ürəyindən tikan çıxartmısan. S.Rəhman.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tikan
diken
Uzbek—English Dictionary (Dirks, 2005)
tikan
thorn, thistle, spike, barb. ko'zga ~ eyesore. qora ~ wretch. qora ~ tuz s. ~ bo'l- to be a thorn in the side, to be an obstacle, to be a pain. ~ bo'lib ko'rin- to be an eyesore or unbecoming sight. ~ ustiga o'tir- to be on pins and needles. ~ga ag'an-/dumalan- to be in agony.