turklehceleri.org

tarixi

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tarixi

sif. [ər.]
1. Həqiqətən olmuş, həqiqətə uyğun olan, uydurma olmayan. Tarixi fakt. Tarixi şəxsiyyət. Tarixi şərait.
2. Tarix üçün əhəmiyyəti olan, tarixə daxil olmuş; əhəmiyyətli, əlamətdar. Tarixi qurultay. – Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. M.S.Ordubadi.
3. Tarixdə olmuş hadisəyə əsaslanan, tarix əsasında qurulmuş, tarixdən götürülmüş. Tarixi roman. Tarixi dram.
4. Hadisələrə, onların törəmə və inkişafı baxımından yanaşan, baxan, tədqiq edən. Müasir dil faktlarının tarixi izahı. Hadisələrə tarixi baxış. // Hadisələri, ardıcıl inkişafı baxımından tədqiq edən, öyrənən. Tarixi coğrafiya. Tarixi qrammatika.
5. Cəmiyyətin inkişafının müəyyən mərhələsi ilə bağlı olan; daimi olmayan, keçici. Tarixi kateqoriya.
6. Tarixdən əvvəlki dövrlərə deyil, maddi abidələrin qaldığı dövrə aid olan. Xalqın həyatının tarixi dövrü. ‣ Tarixi materializm – bax. materializm.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tarixi

tarihî


Last searches: