bərkimək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bərkimək
f.
1. Bərk hala gəlmək, sərtləşmək, qatılaşmaq, möhkəmləşmək. Sümüyü bərkimək. // Qurumaq. Palçıq bərkiyibdir.
2. məc. Cismən və ruhən möhkəmləşmək, sağlamlaşmaq, qüvvətlənmək. Canı bərkimək. İdman nəticəsində orqanizm bərkiyir. Mübarizədə bərkimək. – Belə qorxulu fikirlər bir-bir Əsədin sinirlərini yerindən oynadıb, hələ bərkiməmiş bədənini dəhşətli bir titrəməyə salırdı. B.Talıblı. Qızlar getdikcə dəyişib qızarır, təmiz hava altında onlar boy atıb bərkiyirdilər. S.Rəhimov. [Cərgənin] ..əvvəl ehtiyatla atdığı addımları indi bərkiyib qətiləşirdi. Ə.Əbülhəsən.
3. Artmaq, tezləşmək, cəldləşmək, yeyinləşmək. Avtomobilin sürəti bərkidi. Getdikcə addımlar bərkidi.
4. məc. Mərhəmətsiz olmaq, sərtləşmək. Ürəyi bərkimək. Xasiyyəti bərkimək.
5. Şiddətlənmək, artmaq, güclənmək. Külək bərkidi. Yağış bərkidi. Öskürəyi daha da bərkidi. ‣ Bərkiyib durmaq – inad etmək, qəti durmaq, dediyindən, tələbindən əl çəkməmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
bərkimək
I. sərtləşmək, qatılaşmaq, möhkəmləşmək
{sertleşmek, katılaşmak sağlamlaşmak}
II. sağlamlaşmaq, qüvvətlənmək, möhkəmləşmək
{sağlamlaşmak, kuvvetlenmek, sağlamlaşmak}
III. tezləşmək, cəldləşmək, yeyinləşmək
{tezleşmek, çabuklaşmak, hızlanmak}
IV. şiddətlənmək, güclənmək
{şiddetlenmek, güçlenmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
bərkimək
pekişmek