turklehceleri.org

taqım

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

taqım

is. köhn.
1. bax. vzvod. Uzunboylu, sarıbənizli, alagözlü taqım komandiri taqımı fişənglə təchiz edirdi. H.Nəzərli. Hacıyev taqım komandiri idi. Neçə aydı ki, taqımı ilə məşğul olur, onu öyrədir, döyüşə hazırlayır. Ə.Əbülhəsən.
2. bax. komplekt. Xəlilin qoltuğunda bir bağlı yataq taqımı və Əhmədin əllərində bişmiş, polis dairəsinə girdilər. Çəmənzəminli.
3. “Bir” sözü ilə: bir taqım – 1) bir yığın, bir dəstə. [Yaşlı kişi:] Şəhərin bir mənzilliyində mənimlə birlikdə gələn bir neçə zəvvarı bir taqım adamlar qarşıladılar. S.Hüseyn; 2) bir miqdar, bir qədər, bir sıra, cürbəcür, dürlü-dürlü. Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədlərlə dolandırırdı. S.Hüseyn. Fəqət işin çoxluğundan bədii ədəbiyyata istədiyim qədər vaxt sərf edə bilmədiyimə görə, bir taqım yazılarımın hələ indi də natamam qalmasına təəssüf edirəm. T.Ş.Simurq.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

taqım

takım


Last searches: