tanımaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tanımaq
f.
1. Bir adamı, şeyi və s. görərkən, keçmişdə onunla tanış olduğunu, tanışlığını xatırlamaq. Cəbhə dostunu tanımaq. Keçmiş sinif yoldaşını tanımaq. // Tanış olmaq, tanışlığı olmaq. [Yaqut:] Onu tanıyıram. Adı Yaşardır. C.Cabbarlı. [Süleyman:] Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyarsan. Ü.Hacıbəyov. // Bilmək, başqalarından fərqləndirmək, kim olduğunu seçmək. Sizi birdən-birə tanımadım. Bu adamı tanımadın? Yerişindən tanımaq. – Aslan Səlminaz arvadı səsindən tanıyıb, cəld pəncərəyə yanaşdı. M.Hüseyn. // Ayırd edə bilmək, fərqləndirə bilmək, seçmək. Dostla düşməni tanımaq. – Namərdlə mərdi tanı; El sevər mərd atanı; Oğul fərsiz çıxanda; Öldürər dərd atanı. (Bayatı).
2. Bir adam və onun bütün xüsusiyyətləri haqqında aydın təsəvvürü olmaq, onu yaxşı bilmək. Mən onu tanıyıram, o belə iş görməz. Sən hələ onu yaxşı tanımırsan. – [Yusif:] Elə ki mən [Şamdan bəyi] tanımışam, heç kəs tanımaz. N.Nərimanov.
3. İtaət etmək, tabe olmaq. Kiçik böyüyü tanımayanda iş görmək çətindir.
4. Saymaq, əhəmiyyət vermək, hesablaşmaq. [İbrahim xan Məmməd bəyə:] ..Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. Çəmənzəminli.
5. dipl. Yeni dövləti rəsmi dövlət kimi qəbul edib, onunla diplomatik əlaqə yaratmaq. Afrikada yaranmış yeni dövlətləri tanımaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tanımaq
I. bilmək, öyrənmək, soruşmaq
{bilmek, öğrenmek, sormak}
II. saymaq
{saymak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tanımaq
tanımak, tanımlamak