turklehceleri.org

səda

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

səda

is. [ər.] Səs, avaz. Orkestrin sədası yayıldı. Uşaqların sədası gəlirdi. – Quşlar .. cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi.. Ə.Məmmədxanlı. • Səda düşmək – səs düşmək, yayılmaq. Hər yana səda düşür; İgidlər gəlir məclisə. Aşıq Ələsgər. Qar əriyir, çaylar daşır; Dağa-daşa düşür səda. B.Vahabzadə. Səda etmək – səsləmək, çağırmaq. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, Xacə Mübarəki qaim sövt ilə səda etdi. M.F.Axundzadə. Səda salmaq – 1) səs salmaq, gurultu qopartmaq, hay-küy qopartmaq. Göyün dağlara səda salan dəhşətli şaqqıltısı .. bir qızı yox, bütün kişiləri də qorxuya salır. S.S.Axundov. Deyirlər, qəlbində bir vulkan gömülü; Şir kimi nərə çək, səda sal cahana! M.Müşfiq; 2) məc. məşhurlaşmaq, gurultu qoparmaq. Onun qüvvəsilə sənin dəmirin; Ölkəmizə səda salır, Daşkəsən! Aşıq Məsum.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

səda

səs, xəbər, mə’lumat
{ses, haber, malumat}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

səda

seda


Last searches: