sıçramaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sıçramaq
f.
1. Atılmaq, tullanmaq, hoppanmaq. Yerindən sıçramaq. İrəliyə sıçramaq. – Əsəd sıçrayıb bir daşın dalında gizlənərək bayaq gördüyü yerə baxdı. B.Talıblı. // Atlanıb (hoppanıb) keçmək. Gülşən Yasəmənin sözündən xoşlanmadı: – Arxı sıçramamış barakallah gözləməyin. Ə.Vəliyev. // Hoppanıb qalxmaq (oturmaq). Surxay kəhərin belinə sıçradı. M.İbrahimov. Oğul sıçradı ata, yel kimi uçdu getdi; Elə bil ov dalınca alıcı quşdu, getdi. R.Rza.
2. Səpilmək, çilənmək. Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sıçramaq
I. səpilmək, çilenmək
{serpilmek, saçılmak}
II. atılmaq, hoppanmaq, tullanmaq
{atılmak, zıplamak, hoplamak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sıçramaq
sıçramak