süpürmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
süpürmək
f.is. Bir yerin zibilini, töküntüsünü və s.-ni süpürgə, ya şotka ilə təmizləmək. Evi süpürmək. Həyəti süpürmək. – ..[Ağabala] məktəbi hər gün süpürər, bazara gedib mollaya piti alardı. Çəmənzəminli. [Səfər Səriyyəyə:] Xanım, dur, o biri otağa keç, buranı süpürüm. C.Cabbarlı. ‣ Süpürüb yemək – tərtəmiz yemək, boşqabda heç bir şey qoymayıb hamısını yemək. Razaqla Burun Fərəc plovu süpürüb yedilər. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
süpürmək
temizləmək, sovurmaq
{temizlemek, savurmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
süpürmək
süpürmek