Tünd
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tünd
sif. [fars.]
1. Rəngi açıq olmayan, qaraya yaxın olan, tutqun. Tünd paltar. Tünd rəng. // Qəliz, kəsif, tərkibində çoxlu miqdarda həll olmuş maddələr olan. Tünd qəhvə. Tünd məhlul. – Qüdrət xörəyini həris bir iştaha ilə cəld yeyib, üstündən də iki stəkan tünd çay içdi. M.Hüseyn. Yaqub .. dəmlənmiş tünd çayı ləzzətlə içməyə başladı. S.Vəliyev.
2. Hiss orqanlarına bərk təsir edən; kəskin. Tünd tütün. – Yenə də üz-üzə deyə qalxaraq; İçirtdi dostları ona tünd araq. M.Rahim. Gəmi sahibi bir yandan içdiyi bol müftə və tünd şərabın, bir yandan da on qat artıq aldığı pulun nəşəsi ilə sərməst idi. M.Rzaquluzadə.
3. məc. Bərk, iti, becid. Tünd at. – Məstan da özünə görə göyçəkdi, amma sağ topuğundan, tünd (z.) yeriyəndə bir balaca axsaqlığı vardı. (Nağıl).
4. məc. Hirsli, acıqlı, ağırxasiyyətli, tündməzac, ağır. Tünd adam. – [Əziz bəy:] (Tünd halda) Səkinə xanım, axır mənim günümü bu yerə yetirdin! M.F.Axundzadə. [Sultan:] Yoldaşlardan biri mənə dedi, eşitmişik, xasiyyətin bir az tünddür, buna görə də raykoma müvəqqəti göndəririk. İ.Hüseynov. • Tünd olmaq – hirslənmək, qəzəblənmək, acıqlanmaq, hiddətlənmək, qanı qaralmaq. Səni görcək özün soxar içəri; Tünd olub qapını bidəmaq çəkər. Q.Zakir.
5. məc. Bərk, şiddətli, güclü, qatı. ..Cənab şəriətmədar küçə ilə gedərkən bir tünd yel əsdi. Axundun əmmaməsi düşdü yerə. “Mol. Nəsr.” ‣ Tünd getmək məc. – ifrata varmaq, şişirtmək. Salman Şirzadı danışmağa qoymayıb dedi: – Yoldaş Şirzad çox tünd gedir, nöqsanları şişirdir! M.İbrahimov. tünd... [fars.] Mürəkkəb rəng adlarının, onların açıq olmadığını, qaraya yaxın olduğunu göstərən tərkib hissəsi; məs.: tünd-qara, tünd-sarı, tünd-yaşıl, tünd-qəhvəyi, tünd-göy və s.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tünd
I. acıqlı, hirsli, qeyzli (xasiyyət)
{sinirli, hırslı, asabi (karakter)}
II. sərt, berk, qəliz, kobud, kəskin (adam)
{sert, katı, şiddetli, nezaketsiz, keskin (insan)}
III. bərk, acı (çay)
{koyu, acı (çay)}
IV. cəld, iti, tez
{derhal, çabuk, tez}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tünd
dokunaklı, keskin, koyu