seyr
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
seyr
I. is. [ər.] Əylənmək və istirahət məqsədilə gəzinti, ayaqseyri, gəzmə, gəzinmə. • Seyr etmək – gəzmək, gəzintiyə, ayaqseyrinə çıxmaq. Çıxıb başmaqseyrinə, edib seyri-çəmən gəldim; Ayaq üstdən Qazağa bir gedib, gördüm vətən, gəldim. M.P.Vaqif. Seyrə çıxmaq – gəzintiyə çıxmaq, gəzməyə çıxmaq; gəzmək, gəzinmək; çəmənlikdə, bağda və s.-də əylənmək. Əğyar ilən çıxıb seyrə, dərməsin; Layiq olmaz anlamaza bənövşə. M.P.Vaqif. Yarpaqlanır ağaclar; Yaşıllanır yamaclar; Seyrə çıxır uşaqlar; Göy çəməndə oynaqlar. A.Səhhət.
II. is. [ər.] Seyr etmə, baxma, tamaşa etmə, göz gəzdirmə. [Vaqif] meşənin seyrindən ayrılıb Mədinəni süzməyə başladı. Çəmənzəminli. • Seyr etmək – baxmaq, tamaşa etmək. Ətrafı seyr etmək. – Xanların sözünə baxmayaraq qapının aralığında durub yağışı seyr edirdim. Qantəmir. Seyr edib yaxını, gah da uzağı; Bir az seçə bildim qaranı ağdan. B.Vahabzadə. Seyrə dalmaq – fikri bir şeyin seyrinə getmək, seyr etmək. [Arxeoloq:] Bu bəzəkli çöllərin; Seyrinə dalan zaman; Coşmamış olmaz ürək. H.Hüseynzadə.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
seyr
piknik