saymaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
saymaq
f.
1. Rəqəmləri sıra ilə demək, sadalamaq, sanamaq. Yüzə qədər saymaq. – Salman ona qədər saydı. S.Rəhimov. [Yusif Hümmətə:] Barmağınla sayırsan ki, filanıfilanı doldurmuşuq, yaxşı eləmisiniz. B.Bayramov. // Miqdarını bilmək üçün hesablamaq. Günləri saymaq. – Koroğlu da başladı pulu saymağa. “Koroğlu”. ..Bir qoca rus arvadı pullarını sayırdı. Ə.Haqverdiyev. [Şahin Firəngizə:] Onu demək istəyirəm ki, çox oxumuşam, hamısını bəlkə də saya bilmərəm. B.Bayramov.
2. Bir-bir adlarını çəkmək, eyni cinsdən olan şeyləri adbaad sıra ilə demək; sadalamaq. Kitabları saymaq. Uşaqları saymaq. – Sinədə yarələrim saydı, dedi, min cərrah; Səhv edib, hələ bu mindən birinin sayı deyil. S.Ə.Şirvani. ..Saydığımız ağalar ən hörmətli üləma və sadat zümrəsindəndirlər. C.Məmmədquluzadə.
3. məc. Ehtiram etmək, hörmətini saxlamaq, hörmət etmək; hesablaşmaq. Sayanın quluyam, saymayanın ağası. (Ata. sözü). Əsgər indi səni sayacaq. Ə.Əbülhəsən. Quliyev bu adamların onu bir o qədər də saymadıqlarını başa düşürdü. Ə.Sadıq.
4. Ehtiyat etmək, çəkinmək. [Nəbi:] Qubernat, naçalnik gəlsə, saymaram; Düşmənin qanından içsəm, doymaram. “Qaçaq Nəbi”.
5. məc. Bilmək, hesab etmək. [Hacı Qara:] Mənim sözlərimi zarafat sayırsınız? M.F.Axundzadə. Özünü yenidən dünyaya gəlmiş sayırdı. Mir Cəlal. Samirə mənim bu arzumu adi zarafatlarımdan biri sayırdı. M.Hüseyn. ‣ Saymaqla bitməz (qurtarmaz) – həddindən çoxdur, sayı-hesabı yoxdur. Saymaq ilə bitən deyil göstərdiyin hünərlər; Bülbül deyir bağçalarda dastanını hər səhər. S.Vurğun.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
saymaq
I. hesablamaq
{hesaplamak}
II. hesablaşmaq, üzülüşmək
{hesaplaşmak, yüzleşmek}
III. hörmətləmək
{hürmet etmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
saymaq
addetmek, saymak
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
saymaq
I ağ. Batmak, saplanmak. Ayighimgha tiken saydi – Ayağıma diken battı.
II ağ. Saymak, hesaplamak. Berginingni azgha say, alghiningni köpke say – d. Verdiğini az diye bil, aldığını çok diye bil.