saqqız
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
saqqız
is. Saqqızağacından sızıb çıxan, çəkildikcə uzanmaq xassəsinə malik olan ağ kitrə (adətən ağızda çeynənmək üçün istifadə edilir). Səriyyə xanım .. ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. M.S.Ordubadi. [Məşədi İbad Sənəmə:] Buyur, bu abbasını saxla, lazım olar, saqqıza verib çeynərsən. Ü.Hacıbəyov. Əbil qamçını portfelinin üstünə qoyub saqqız yarmaçasının birini əlinə götürüb hazır dayandı. Ə.Vəliyev. • Saqqız kimi yapışmaq – bərk yapışmaq, qopmamaq, ayrılmamaq. Palçıq saqqız kimi yapışıb möhkəm; Qopmur uzunboğaz çəkmələrindən. B.Vahabzadə. ‣ Saqqız çeynəmək məc. – boş-boş söhbət etmək, heç bir xeyirli işlə məşğul olmamaq. [Zalxa:] İş görməkdənsə, saqqız çeynəyirsiniz. S.Rəhman. Saqqız oğurluğuna getmək – birinin yanına gedib rəyini bilməyə, fikrini öyrənməyə çalışmaq. Qız evinə saqqız oğurluğuna getmək. Saqqızını oğurlamaq – dilə tutub aldatmaq, qılığına girib özünə tərəf çəkmək, bir iş görməyə razı etmək. [Həsənağa] Hacı Sultanın tək bircə dənə olan qızının da saqqızını oğurlamışdı. S.Hüseyn. [Xədicə:] Belə sözlərlə saqqızımı oğurladı, sonra da qol-qanadımı qırıb atdı bir tərəfə... S.Rəhman. Yad qızı hələ evə ayaq basmamış gədənin saqqızını oğurlayıb. Mir Cəlal.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
saqqız
ciklet, çiklet, sakız