turklehceleri.org

saflıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

saflıq

is.
1. Saf olma, təmiz olma, qatışıqlardan təmizlənmiş, saf şeyin halı. Metalın saflığı. Qızılın saflığı. Toxumun saflığı. – Vaqifəm, çox əla bir gövhər idim; Saflıqda polada bərabər idim. M.P.Vaqif.
2. məc. Təmizlik, şəffaflıq, aydınlıq. Oxqay! ..Havadakı saflığa bax bir; Könül təzələnir, can təzələnir. B.Vahabzadə.
3. məc. Mənəvi təmizlik, düzgünlük, doğruluq, namusluluq. Ay yenə də gülümsədi... saçlarını dağıdaraq; Dedi, insan qəlbindəki sadəliyə, saflığa bax! S.Vurğun. Eldar hələ gözünün yaşı qurumamış, gülümsəyən bir körpə saflığı ilə, qəzəbli üzündə xəfif bir təbəssümlə mənə baxdı. M.Rzaquluzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

saflıq

I. duruluq, şəffaflıq, parlaqlıq
{duruluk, şeffaflık, parlaklık}

II. aydınlıq, açıqlıq, səlislik
{aydınlık, açıklık, mükemmellik}

III. səlislik, təmizlik, səliqəlilik
{mükemmellik, temizlik, düzenlilik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

saflıq

sadakat, saflık


Last searches: