baxış
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
baxış
is.
1. Baxmaq tərzi, gözlərin ifadəsi; nəzər. Bu necə baxışdır? Acıqlı baxış. Xumar baxışlar. – Süzülmüş gözlərin sağü səlamət; Və lakin baxışı bimarə bənzər. Nəsimi. Ahu baxışı, qara gözü can alır əldən. S.Ə.Şirvani. Sizin istər baxışınız, yerişiniz, istər əlbəsəniz və qiyafəniz elə təsir bağışlayırdı ki, mühitin ruhunu təhlil etmiş, onun məfkurəsini mənimsəmişsiniz. S.Hüseyn. Duruşun mənalı, baxışın dərin; Mən bu dərinlikdə tapdım bəxtimi. M.Müşfiq. • Baxış atmaq – nəzər salmaq, baxmaq. Hambal son dəfə arvada şikayət, məhəbbət və dərd dolu bir baxış atdı. S.Rəhman. Baxış vermək – baxmaq, nəzər salmaq. Məryəm bu çağacan kimsəyə, heç bir oğlana və ya da kişiyə bir baxış verməmişdi. B.Talıblı. İlk baxışda – ilk təəssürata görə, ilk təsirə görə. // Göz, nəzər. Xalçaların butası; Qamaşdırır baxışı. M.Seyidzadə.
2. məc. Görüş, fikir, mülahizə, nöqteyinəzər. İctimai-siyasi baxışlar. Meşşancasına baxış. – Bu baxışlar Nadiri dəli edib çöllərə salır və bir neçə günlük işdən avara qoyurdu. B.Talıblı.
3. məc. İctimai yoxlama, təntənəli surətdə gözdən keçirmə, tanış olma. Bakı şəhərində tikiləcək binalar üçün hazırlanmış layihələrin ictimai baxışı və müzakirəsi təşkil edilmişdir. ...baxışlı şair. Adətən başqa sözə qoşularaq, tərkib halında mürəkkəb sifət kimi işlənilir; məs.: ceyranbaxışlı, ahubaxışlı və s. Ovçunu görəndə maralbaxışlı; Ay üzü birçəkli, xallı Sənəm, gəl. Xəstə Qasım. Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartalburunlu, şahbazbaxışlı .. Ömər xanda idi. Çəmənzəminli. [Mehriban xanım] gah şıltaq bir qız, gah ceyranbaxışlı bir gəlin, sonra da indiki kimi küsəyən bir uşağabənzər qarı şəklində dayanıb durur. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
baxış
I. nezer, baxma
{nazar, bakma}
II. görüş, fikir, mülahizə
{görüş, fikir, düşünce}
III. göz, nəzər
{göz, nazar}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
baxış
gösteri