turklehceleri.org

sadədil

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sadədil

sif. [fars.] Ürəyi sadə, ürəyi təmiz, hiyləbilməz; sadəqəlbli, safürəkli. Sadədil adam. – Biçarə, sadədil, zavallı aşıq; Danışma bu sözü, danışma artıq. M.Müşfiq. // Avam, hər şeyə inanan, yazıq. Sadədil muzdur indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə. Sadədil qadın Əşrəfin sözlərindən son dərəcə məmnun qaldı. A.Şaiq. // İs. mənasında. [Şeyda Məcid əfəndiyə:] Əcəba, qüsur kimdə? ..Məcid əfəndidəmi? Yoxsa ondan insaf, mərhəmət uman sadədillərdəmi? H.Cavid. // Avamlıq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sadədil

sadəlövh, ürəyiaçıq
{samimi, içten}


Last searches: