turklehceleri.org

acıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

acıq

is. Hirs, hiddət, qeyz, qəzəb. Acığın cana ziyanı var. (Ata. sözü). [Əziz bəy:] Bir güzgüyə bax, gör gözlərin acığından qan çanağına dönübdür. M.F.Axundzadə. İçərimdə zəhərli ilan kimi bir acıq və kin qıvrılırdı. M.İbrahimov. Cəmil .. güləndə acığından Tahirin əlləri titrəməyə başladı. M.Hüseyn. • Acığa düşmək – tərslik etmək, inad etmək. Nəsrəddin bu hadisələrdən acığa düşdü. M.S.Ordubadi. Acığa salmaq – öz hərəkəti, ya sözü ilə birisinin tərslik etməsinə, inad etməsinə səbəb olmaq. Acığı soyumaq (yatmaq) – hiddəti keçmək, qəzəbi keçmək, sakitləşmək. Qaraca qız anladı ki, ağıllı köpək onu bir tövr ölümdən qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və qara köpəyin başını sığallayıb onu əzizlədi. S.S.Axundov. Acığı tutmaq – hirslənmək, hiddətlənmək, qəzəblənmək. Uşaqlar içində düşər gülüşmək; Sənin də acığın tutar, ağlarsan. M.V.Vidadi. Bilmədim kimə acığım tutsun və kimin üstünə hirslənim. C.Məmmədquluzadə. Qaraca qız .. düşünürdü: – Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. S.S.Axundov. [Qulunun] bütün məzlum, zavallı görkəmi Surxayda təzadlı bir duyğu oyandırdı: bir yandan ona yazığı gələrdi, ürəyi yanardı, o biri yandan da acığı tutardı. M.İbrahimov. Acığı(na) gəlmək – xoşlamamaq, xoşlanmamaq, xoşuna gəlməmək. [Qənbərqulu:] ..Mən özüm əslində az danışan adamam, heç çox danışmağı sevmirəm və çox danışan adamlardan da acığım gəlir. B.Talıblı. Daha artıq böyüdükcə, onun [Azadın] bu xasiyyəti mənim acığıma gəlməyə başlayırdı. M.İbrahimov. Həbib fikirləşdikcə özündən acığı gəlirdi. Ə.Vəliyev. Acığını basmaq (yemək) – özünü saxlamaq, hiddətini yatırmaq. Acığını çıxarmaq – heyfini almaq, əvəzini çıxmaq. İndi Molla Kərim orucluğun və məhərrəmliyin də acığını çıxarmaq istəyirdi. B.Talıblı. Acığını tutdurmaq – hirsləndirmək, acıqlandırmaq. Yay girəndə Səmədin dəliliyi şiddətlənirdi. Görürdün, yol gedəndə gözləri çanağından çıxıb oynayır, .. acığını tutduranı döyməmiş olmurdu. Çəmənzəminli. Acıq almaq – intiqam almaq, əvəzini çıxarmaq, heyfini almaq. Acıq çəkmək – arzu edilməyən, xoşa getməyən səbəblər üzündən hirslənmək, acıqlanmaq, daxili iztirab çəkmək. Acıq çıxartmaq (çıxmaq) – bax. acıq almaq. Acıq eləmək – küsmək, inciyib getmək. Acıq vermək – birini acıqlandırmaq, birisinin acıq çəkməsinə səbəb olmaq. [Topçular:] – Boşa gedəcək, nə qədər atsanız boşa gedəcək! – deyə uzaqdanuzağa düşmənə acıq verirdilər. Ə.Əbülhəsən. – [Ağca xanım] pərdəni salmaq, sakitcə evə girməklə Zoyaya acıq vermək, “yandırmaq” istəyirdi. Mir Cəlal. acıqla zərf 1) Acıqlı bir surətdə, hiddətlə, hirslə. Acıqla cavab vermək. Acıqla danışmaq; 2) qəsdən, tərsinə olaraq. Acıqla etmək. O, acıqla belə elədi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

acıq

hirs, hiddət, qeyz, qəzəb
{hırs, hiddet, öfke, gazap}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

acıq

hırs, hışım, hiddet, kızgınlık, nefret, öfke, sinir


Last searches: